Rolls-Royce Motor Cars Baku Azərbaycandan olan media nümayəndələri və blogerlər üçün Rolls-Royce modellərinin sınaq yürüşünü təşkil edib. Sözügedən ekskluziv tədbirdə Gürcüstan və Özbəkistandan dəvət olunan jurnalistlər də iştirak ediblər.
Maraqlı səyahət Budapeşt şəhərinin mərkəzindən başlayıb: UNESCO tərəfindən qorunan 5 ulduzlu Matild Palace hotelinin binası qabağında sınaq yürüşü iştirakçılarını Rolls-Royce-un tamamilə yeni Ghost Extended II Seriya, Black Badge Ghost II Seriya, tam elektrikli Spectre və Black Badge Spectre modelləri gözləyirdi. Media nümayəndələrinə şəhər, qəsəbə, habelə, sürətli yollarda Rolls-Royce modellərini sınaqdan keçirmək və lüksun yüksək səviyyəsi ilə yaxından tanış olmaq imkanları təqdim olundu. Tədbirin marşrutuna uyğun olaraq, avtomobillər Budapeşt şəhərinin mərkəzindən təxminən 1 saat 35 dəqiqə məsafədə, qonşu Slovakia ərazisində yerləşən Çlaba kəndinin “Vilagy” üzümçülük və şərabçılıq təsərrüfatına yola çıxdılar. Hekayəmizi sedanların kralı və Rolls-Royce-un unikal və dinamik modelləri olan Ghost Extended II Seriya və Black Badge Ghost II Seriya ilə başlayaq.
Rolls-Royce Motor Cars Baku Ghost Extended II Seriya modelini ilk dəfə olaraq Azərbaycanda 2025-ci ilin 11 aprel tarixində Bakıdakı yeni salonunda təqdim edib. Ghost II Seriya Rolls-Royce markasının tarixində ən çox satılan modeli olaraq, sürücü yönümlü, güclü, eyni zamanda markanın zərif interpretasiyasıdır. Rolls Royce Motor Cars Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar üzrə rəhbəri Frank Tiemann dediklərinə görə, Ghost II Seriya indiyədək istehsal olunmuş texnoloji cəhətdən ən qabaqcıl V12 mühərrikli Rolls-Royce olduğunu bir daha sübut edir: “Bu, Ghost-un xarakterinin müştərilərimizin böyük həvəslə qəbul etdiyi bir tərəfidir.” Ghost, yollarda ən dinamik Rolls-Royce modeli kimi, istər qabaq, istər arxa oturacaq sərnişinlərinə kifayət qədər rahat səyahət bəxş edir. Lakin Ghost Extended arxa sərnişinlər üçün müstəsna məkan anlayışını tamamilə yenidən təqdim edir — bu model, təklif olunan yürüş dinamikasını qiymətləndirən, lakin məhz arxa oturacaqlarda daha çox lüks məkan axtaran müştərilər üçün düşünülüb. Ghost-un zərif silueti qorunaraq yalnız arxa qapıların uzadılması sayəsində arxa salonda 170 mm əlavə məkan təmin edilib.

Yeni Ghost modelinin interyeri həm analoq, həm də rəqəmsal ustalığın təntənəsidir. Sütundan-sütuna uzanan yeni şüşə ön panelə yerləşdirilmiş mərkəzi informasiya displeyi SPIRIT adlı qabaqcıl əməliyyat sistemi ilə işləyir. SPIRIT, II Seriya-nin uzaqdan idarəetmə funksiyalarını yalnız dəvətlə üzv oluna bilən Rolls-Royce-un eksklüziv Whispers platformasına inteqrasiya edir. Mərkəzi displeyin sərnişin tərəfində isə yeni “Spirit of Ecstasy” saat bölməsi yerləşir. Bu vitrin bölməsi analoq saatı və bir parça paslanmayan poladdan hazırlanmış, güzgü kimi cilalanmış “Spirit of Ecstasy” fiqurunu ehtiva edir. Avtomobilə daxil olarkən fiqur əvvəlcə aşağıdan, proyektor effekti ilə işıqlandırılır, daha sonra isə bu işıq yumşaq və sakit bir parıltıya keçir.


Müştərilərin arzularına uyğun olaraq, Ghost II Seriya modelinin xarici görünüşü incə şəkildə təkmilləşdirilib və digər Rolls-Royce modellərində olduğu kimi təkrarolunmaz fərdi sifarişlər üçün olan “Bespoke” proqramının platforması kimi çıxış edir. Seçim imkanlarını genişləndirmək məqsədilə, müştərilərə Ghost II Seriya modelində əlçatan olmayan interyer detalları, yeni funksiyalar, eləcə də Bespoke-un qabaqcıl rəqamsal texnologiyaları təklif olunur. Beləliklə, Ghost II Seriya Rolls-Royce-un dizayn uğurunu davam etdirir - avtomobilin ön hissəsi, işıqlandırılmış “Pantheon” radiator barmaqlığı və yenilənmiş faraları təkrarolunmaz müasir və unikal bir xüsusiyyətə çevirilib.


Ghost-un alter eqosu olan Black Badge Ghost II Seriya özünü cəsarətlə ifadə etməyi hədəfləyənlər üçün markadır. İstər şəhərdə, istərsədə magistral yollarda dəbdəbə və cəsarətli gücü ifadə edən bu model, test zamanı enerjili və həyəcanverici sürüş təcrübəsini bağışladı. Ghost-un üsyankar Black Badge Ghost II Seriya modeli öz qeyri-adi müştəri qrupu üçün Rolls-Royce-un kompromissisiz V12 mühərrikini, qabaqcıl və unikal şassi sistemlərini, eyni zamanda, Bespoke-un yeni misilsiz imkanlarını təqdim edir. Belə ki, Black Badge Ghost II Seriya modelində V12 mühərrik daha yüksək performanslı konfiqurasiyada təqdim olunur – bu versiya Ghost II Seriya ilə müqayisədə 29 at gücü daha çox güc və 50 Nm artıq fırlanma anı (tork) təmin edir. Qeyd edək ki, “Panteon” radiator barmaqlığı Black Badge Ghost II Seriya modelində də yenilənib. Bu heyrətamiz yeni avtomobil, əvvəlki modelinin böyük uğuruna əsaslanaraq, hərəkətdə olan lüksun cəsarətli bir vizyonunu təcəssüm etdirir. Rolls-Royce Motor Cars şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə korporativ kommunikasiya rəhbəri Frank Timann qeyd edib: “Black Badge müştəriləri fərqlidirlər – onlar heç vaxt mövcud vəziyyətlə kifayətlənmir və lüks anlayışının ənənəvi çərçivələrini qəbul etmirlər. Bütün Rolls-Royce sahibləri kimi, onlar da yalnız yüksək zövqlə hazırlanmış məhsulları və qüsursuz təcrübəni qəbul edirlər. Lakin onlar, eyni zamanda, daha enerjili xarakterə və öz dünyalarını, şəxsi hekayələrini əks etdirən münasibətə üstünlük verirlər.”
Slovakiada təyinat yerinə çatdıqda tədbir iştirakçıları fasilə zamanı sürdükləri Rolls-Royce modelləri barədə ilkin təsüratlarını bölüşdülər və media nümayəndələri üçün fotosessiaya vaxt ayrıldı. Həmin gün hökm sürən günəşli payız havası və mavi səmada pambıq kimi ağ buludlar sınaq yürüşü tədbirinə ayrıca gözəllik qatırdı. Təqdim olunan avtomobillərdə sürücülər dəyişərək sınaq yürüşünün ikinci və sonuncu mərhələsində Budapeşt şəhərinə yola düşdülər. Maraqlı səfərimiz tam elektrikli Spectre və Black Badge Spectre modelləri ilə davam etdi.


2021-ci ildə ilk dəfə elektriklə işləyən Rolls-Royce-un Spectre modelinin elanı Rolls-Royce Motor Cars üçün yeni tam elektrikli dövrünün başlanğıcını qoyub. Həmin vaxtda Rolls-Royce-ın Baş direktoru Torsten Müller-Ötvös etdiyi açıqlamada Rolls-Royce vasitələrinin 2030-cu ilə qədər elektrikli olacağını vurğulayıb və bu bəyanat lüks avtomobilçilik tarixində əlamətdar hadisəyə çevirildi. O vaxtdan Spectre, sürücülük xüsusiyyətlərini təhlil etmək və tənzimləmək üçün sürücünün oturacağında 50.000 saat sərf edən mühəndislərlə 2,5 milyon kilometrdən çox məsafəni qət edən ciddi sınaq proqramını tamamlayaraq brendin ən yeni tarixinin əsasını qoydu. Spectre dünyaya elan edildiyi andan onun Bakıya gəlişi böyük həyacan ilə gözlənilirdi. Səbirsizliklə gözlənilən debüt Azərbaycan paytaxtında 2023-cü ilin 16 oktyabr tarixinə təsədüf etdi. Rolls-Royce-un tamamilə yeni sinifinin başlanğıcını qoyan ultra-lüks elektrikli super kupe Spectre heyrətamiz görünüşü ilə zərifliyi və innovasiyanı təcəssüm edir.

Spectre brendin ən aerodinamik avtomobilidir - 830 saat ərzində aparılan dizayn modelləşdirmə işlərindən və külək tunelinin sınağından sonra hətta “Ekstaz Ruhu” heykəlciyinin yeni aerodinamika xüsusiyyətlərinə nail olunub. Spectre indiyə qədərki ən rəqəmsal Rolls-Royce-dur - mühəndislər 1000-dən çox avtomobil funksiyası arasında pulsuz və birbaşa məlumat mübadiləsinə imkan verən inqilabi “Mərkəzləşdirilməmiş Kəşfiyyat” sistemindən istifadə ediblər və bu, markanın məşhur sürüş keyfiyyətini daha da yüksəldir. Rolls-Royce-un avtomobildə fərqləndirici sürmə təcrübəsi akkumulyatorun mövqeyi ilə daha da gücləndirilib. Bu, aşağı oturma mövqeyi ilə yanaşı, həm də demək olar ki, 700 kq gədər səs izolyasiyasının əlavə xüsusiyyətini açır. Spectre indiyə qədər Rolls-Royce-da quraşdırılmış ən geniş “Pantheon” radiator barmaqlığına malikdir.
Gözəl eksteryer dizaynının mükəmməlliyi Spectre-nin interyerində də davam etdirilir. Rolls-Royce modellərində tavanda olan gecə səmasının sonsuz mistikasından ilhamlanaraq, Spectre modeli də Bespoke-un ən texnoloji cəhətdən inkişaf etmiş xüsusiyyətləri ilə daha fərqli təchiz edilib - onun “Starlight” qapılarında 4796 işıqlandırılmış ulduz var. Avtomobilin qapıları və interyerdə qabaq paneldə, habelə, arxa oturacaq məkanın bəzi yerlərində müştərinin istəyi ilə dəqiq şəkildə tək ağac təbəqəsindən işlənmiş “Canadel Panelling” istifadəyə verilə bilər. Rolls-Royce-un əfsanəvi “sehrli xalça gəzintisi”ni təmin etmək üçün Spectre-nin 1500 saatdan çox davam edən kompleks sınaq proqramı avtomobilin zəhmətsiz, eyni zamanda mövcud olduğunu hiss etdirməsi üçün regenerativ əyləci təkmilləşdirməyə həsr olunub. Côte d'Azur-da sınaq zamanı Spectre-in məşhur Planar asma sisteminin rəqəmsal inteqrasiya edilmiş təkamülü başa çatdı; ən son proqram təminatı və aparat inkişafları sayəsində mümkün olan sürücü daxiletmələrinə və yol şəraitinə dəqiq müəyyən edilmiş reaksiyalara malik sistemlər. Rolls-Royce Motor Cars-ın Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar üzrə direktoru Frank Tiemann bildirib: “Spectre, Rolls-Royce-un dünyada tanındığı bütün əsas keyfiyyətləri — sakitlik, hamarlıq və yüngül sürüş təcrübəsini — özündə cəmləşdirir və göstərir ki, Rolls-Royce elektrikləşdirməyə nə qədər mükəmməl uyğunlaşır. Bu model həm iradənin ifadəsidir, həm də Rolls-Royce-un tam elektrik dövrünə keçidində parlaq və cəsur gələcəyinin rəmzidir.”

Macarıstanda keçirilən unudulmaz media-sınaq yürüşünün sonuncu qəhramanı daha cəsarətli bəyanat vermək istəyən müştərilər üçün Rolls-Royce Spectre modelinin alter eqosu olan Spectre Black Badge modeli idi. Bu model xüsusi müştəri qrupunun fərdi Bespoke sifarişlərinə uyğun olaraq diqqətlə yenidən işlənmişdir. Black Badge mühəndisliyi Spectre-da daha canlı sürücülük təcrübələrini ortaya qoydu. Bu avtomobil sürərkən qeyri-adi güc və özünəinam hisslərini yaradır. Black Badge Spectre üçün heyranedici güc artımları konsepsiyası, güc aqreqatında edilən iki yenilik sayəsində ən yüksək həddə çatdırılıb. Bütün əvvəlki Black Badge modellərində olduğu kimi, Black Badge Spectre-nin güzgü kimi cilalanmış eksteryer elementləri də onun qaranlıq, "nuar" xarakterini vurğulayan xüsusi qara rəngdədir. Bu, məsələn, məşhur “Pantheon” barmaqlıqının çərçivəsinə, "Ekstaz Ruhu" heykəlciyinə və qoşa "R" nişanına aiddir. Qeyd olunanlar dəbdəbənin müxtəlif kodlarını əks etdirir və beləliklə, Rolls-Royce müştərilərinin həyat tərzinə dair müxtəlif tələbləri qüsursuz şəkildə qarşılayır. Bütün xüsusiyyətləri ilə Black Badge Spectre — indiyədək yaradılmış ən güclü və cəsarətli Rolls-Royce modelidir. O, bu avtomobili arzulayan və onun üçün sifariş verən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.
Rolls-Royce çoxlarının xəyal edə biləcəyi lüks avtomobil modellərini təklif edir. Qüsursuz interyer bəzəkləri və ən son texnologiyalar Rolls-Royce-un hər bir sahibini unikal hiss etdirir. Super güclü mühərrik, inanılmaz fərdiləşdirmə seçimləri və detallara diqqət bu avtomobilləri uğur və status simvoluna çevirir.

Sınaq yürüşü tədbirinin keçirilməsinə görə Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə Rolls-Royce dileri olan Rolls-Royce Motor Cars Baku şirkətinə təşəkkür edirik!
Nihad Haqverdiyev
Telegram kanalımız
 
                         
 