AZ

Pentaqon Çin müdafiə naziri ilə “konstruktiv görüş” keçirdiyini açıqlayıb

ABŞ və Çin müdafiə nazirlərinin ASEAN sammiti çərçivəsindəki danışıqları gərgin regional məsələlər fonunda baş tutub...

Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ASEAN ölkələrinin müdafiə nazirlərinin sammiti çərçivəsində Çin müdafiə naziri Li Czunyunla görüş keçirib.

Pentaqonun məlumatına görə, danışıqlar “konstruktiv atmosferdə” keçib, lakin Vaşinqton Çin tərəfinin Cənubi Çin dənizində, Tayvan ətrafında və ABŞ-nin Asiya-Sakit okean müttəfiqlərinə münasibətdə atdığı addımlardan ciddi narahatlığını ifadə edib.

Heqset vurğulayıb ki, ABŞ qarşıdurma istəmir, lakin öz milli maraqlarını qətiyyətlə müdafiə edəcək və Hind-Sakit okean regionunda zəruri hərbi potensialını qoruyacaq.

Görüş Vaşinqton və Pekin arasında hərbi dialoqun bərpası fonunda mühüm addım kimi qiymətləndirilir. ABŞ tərəfi hesab edir ki, açıq rabitə kanalları regionda yanlış hesablamaların qarşısını almaq və böhran risklərini minimuma endirmək üçün vacibdir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr