Cənubi Amerikanın ən böyük klub turniri olan Libertadoresdə 2-ci finalçı da məlum olub.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada Braziliya dueli izləyəcəyik.

İlk görüşdə LDU Kitoya 0:3 hesabı ilə məğlub olan "Palmeyras" cavab qarşılaşmasında rəqibini 4:0 hesabı ilə məğlub edib və finala yüksəlib.

Onlara qələbə gətirən qolları Ramon Sosa, Bruno Fuks və Rafael Veyqa vurub.

"Palmeyras"ın həlledici oyunda rəqibi "Flamenqo" olacaq.

Qeyd edək ki, ardıcıl 6-cı mövsümdə 5-ci dəfə Braziliya finalı izləyəcəyik.