AZ

ABŞ sanksiyaları Macarıstanı Xorvatiyadan enerji asılılığına məcbur edəBİLƏR

ABŞ-nin Rusiya enerji sektoruna qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar Macarıstanı uzun müddətdir çəkinməyə çalışdığı addımı atmağa - Xorvatiyaya müraciət etməyə məcbur edə bilər.

Redaktor.az bu haqda "Politico" nəşrinə istinadla məlumat verir.

Müstəqil “Political Capital” analitik mərkəzinin direktoru Peter Kreko bildirib ki, “Macarıstanın baş naziri Viktor Orban indiyədək Rusiya neftindən imtina etməmək üçün əlindən gələni edib. Lakin yeni sanksiyalar qüvvəyə minərsə, Budapeşt real alternativlər barədə ciddi düşünməli olacaq”.

Məqalədə qeyd olunur ki, Rusiyadan enerji asılılığının azaldılması Macarıstanın Xorvatiya ilə münasibətlərindəki gərginliyi aradan qaldırmasını tələb edə bilər. Budapeşt uzun illərdir Zaqrebi “ixrac məhsullarının tranzitinə görə yüksək və ədalətsiz rüsumlar tətbiq etməkdə” və “boru kəməri sisteminin Macarıstanın neft tələbatını ödəməyə fiziki cəhətdən yararsız olmasında” ittiham edir.

Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar isə bu ittihamları əsassız adlandırıb. Onun sözlərinə görə, “bu iddialar köhnədir və reallığa uyğun gəlmir”. Nazir hesab edir ki, Macarıstan tərəfinin bu açıqlamaları “Rusiya neftini almağa bəhanə yaratmaq cəhdidir”.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr