AZ

BYD-ninxalis mənfəətikəskin azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin "BYD" avtomobil nəhəngi doqquz ayın nəticələrini açıqlayıb. "BYD" 2025-ci ilin üçüncü rübü üçün xalis mənfəətinin və gəlirinin azalması barədə məlumat verib. Həm mənfəət, həm də gəlir göstəriciləri bazar proqnozlarının aşağısında qalıb.

Banco.az xəbər verir ki, iyul–sentyabr aylarında şirkətin xalis mənfəəti illik müqayisədə 32,6% azalaraq 7,82 milyard yuana (təxminən 1,1 milyard dollar) düşüb.

Eyni dövrdə gəlir 3,1% azalaraq 195 milyard yuana enib.

Analitiklərin gözləntilərinə görə, şirkətin bu dövrdə xalis mənfəətinin 9,02 milyard yuan, gəlirinin isə 215,3 milyard yuan olacağı proqnozlaşdırılırdı. Lakin faktiki nəticələr bu rəqəmlərdən aşağı olub.

Rüb ərzində "BYD" təxminən 1,11 milyon yeni enerji avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır.

Seçilən
20
banco.az

1Mənbələr