AZ

Maşınla qadını vuraraq öldürən və onun ərinə xəsarət yetirən sürücü məhkəmə zalında həbs edildi

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Amil Cəfərovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.


İttiham aktına əsasən, Amil Cəfərov 2024-cü ilin dekabrında etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Abşeron rayonu, Yeni Saray yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla ağır nəticəli yol-nəqliyyat hadisəsi törədib.


Belə ki, təqsirləndirilən şəxs maşınla “Qayə İnşaat” mağazasının qarşısına çatdıqda təhlükə yarandığını gördüyü halda, nəqliyyat vasitəsinin sürətini azaldaraq tam dayandırmaq üçün mümkün olan tədbirləri görməyib. Nəticədə Amil yolu sağ tərəfdən sol tərəfə keçən piyadalar — zərərçəkmiş K.Seydalıyeva və onun ərini maşınla vurub. Hadisə zamanı qadın ölüb, əri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Kamal Məmmədov 

Tarix: 31 Oktyabr 2025, 09:39   
Seçilən
18
pravda.az

1Mənbələr