AZ

Səudiyyə Ərəbistanı Messinin xahişini rədd edib

Səudiyyə Ərəbistanı argentinalı futbolçu Lionel Messinin 2026-cı il Dünya Kuboku öncəsi milli liqasında oyun məşqlərinə buraxılması barədə müraciətini rədd edib.

AzPost bildirir ki, bu barədə RMC Sport məlumat yayıb.

Məlumata görə, Messi Dünya Kubokundan əvvəl oyun formasını qorumaq üçün MLS fasiləsi zamanı Səudiyyə Ərəbistanı klublarından birinə müvəqqəti transfer etməyi düşünürdü. Lakin, onun yerli liqada cəmi dörd ay oynamasını nəzərdə tutan bu təşəbbüs Səudiyyə Ərəbistanının idman orqanları tərəfindən dəstəklənməyib.

23 oktyabrda İnter Mayami Messi ilə müqavilənin 2028-ci ilin dekabr ayına qədər uzadıldığını elan edib.

Messi əvvəllər Argentinanın çempionluq titulunu qoruyub saxlamasına kömək etmək məqsədi ilə 2026-cı il Dünya Kubokunda iştirak etməkdə maraqlı olduğunu bildirmişdi. Lakin o, son qərarın fiziki sağlamlığının qiymətləndirilməsindən sonra veriləcəyini vurğulayıb.

38 yaşlı Messi 2023-cü ildən bəri İnter Mayamidə oynayır. Karyerası ərzində o, həmçinin “Barselona” və “Paris Sen-Jermen”də də oynayıb. Argentinalı ən çox “Qızıl top” mükafatı (8) qazanan futbolçudur. Argentina milli komandası ilə o, 2022-ci il Dünya Kubokunu, Copa América (2021, 2024), Finalissima (2022) və Olimpiya qızıl medalını (2008) qazanıb.

2026-cı il FİFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

AzPost.az

Seçilən
62
azpost.info

1Mənbələr