Mərkəzi Afrikada insanlığa qarşı törədilmiş cinayətlər beynəlxalq ictimaiyyətə məlumdur və bunları heç kim tarixdən silə bilməz.
APA xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransdakı çıxışında deyib.
“İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Mərkəzi Afrikada törədilmiş cinayətlərə görə kompensasiyanın ödənilməsi məsələsini beynəlxalq təşkilatlarda qaldıracağıq. Biz bu məsələdə uğura nail olacağıq” Abbas Abbasov vurğulayıb.
 
                        