AZ

"Mastercard" xalis mənfəətini və gəliriniartırıb

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük ödəniş sistemlərindən biri olan “Mastercard” şirkəti istehlak və korporativ xərclərin artması sayəsində 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini və gəlirini artırıb.

Banco.az xəbər verir ki, iyul–sentyabr aylarında şirkət 3,9 milyard dollar və ya hər bir səhm üçün 4,34 dollar xalis gəlir əldə edib. Bu, ötən ilin analoji dövründəki 3,26 milyard dollar və ya hər səhm üçün 3,53 dollar göstəricisi ilə müqayisədə 20% artım deməkdir.
Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhmə görə 3,89 dollardan 4,38 dollara yüksəlib. Ümumi gəlir isə 17% artaraq 8,6 milyard dollara çatıb.

Hesabat dövründə dünya üzrə “Mastercard” kartlarından istifadə etməklə həyata keçirilən ödənişlərin ümumi həcmi 9% artaraq 2,7 trilyon dollara, transsərhəd əməliyyatların həcmi isə 15% artıb.

Üçüncü rübdə şirkət öz səhmlərinin 5,8 milyonunu cəmi 3,3 milyard dollara geri alıb və 687 milyon dollar dividend ödəyib.

“Mastercard” səhmləri cümə axşamı bazar öncəsi ticarətdə 0,2% bahalaşıb.

Seçilən
18
1
banco.az

2Mənbələr