Latviya Seymi (parlamenti) ölkənin qadınların zorakılıqdan müdafiəsi haqqında İstanbul Konvensiyasında iştirakının əleyhinə səs verib.
Publika.az bu barədə “Delfi” nəşrinə istinadən məlumat yayır. Deputatlar bu məsələni on iki saatdan çox müzakirə ediblər. Bir neçə müxalifət partiyası sazişdən çıxmağa çağırıb.
Konvensiyanın əleyhdarları hesab edirlər ki, onun müddəaları ailə məsələlərinə dair ümumi qəbul edilmiş fikirlərlə ziddiyyət təşkil edir. Onlar sənəddə genderin bioloji cins deyil, sosial rol kimi müəyyən edilməsi ilə razılaşmırlar.
İndi Latviya prezidenti Edqars Rinkeviçs qanunu imzalamaq və ya geri göndərmək barədə qərar verməlidir. Almaniya, Fransa, Böyük Britaniya və digər on iki ölkə parlamentə narahatlıq məktubu göndərib. İstanbul Konvensiyası 2011-ci ildə imzalanıb və 2014-cü ildən qüvvədədir. O, qadınların müdafiəsini və məişət zorakılığının qarşısının alınmasını tələb edir. Sənədi 39 Avropa ölkəsi və Gürcüstan dəstəkləyib. Hələlik ondan yalnız Türkiyə geri çəkilib.