AZ

“Napoli”nin sahibi: “Futbolda azarkeşlər heç vaxt qane olmurlar”

“Napoli”nin sahibi Aurelio De Laurentiis futbol azarkeşlərinin yüksək gözləntilərindən danışıb.

İdman.Biz bildirir ki, De Laurentis futbol sahəsinə gələndə bu barədə heç nə bilmədiyini deyib.

“Mənə 4-4-2 sxemi haqqında danışanda bunun masa arxasında oturacaq düzülüşü olduğunu düşünürdüm. Kino mənə intizam və sahibkarlıq öyrətdi. Futbol gözlənilməzdir; onun yazılı ssenarisi yoxdur.

“Napoli” müflis olanda onu aldım. Heç nəyimiz yox idi, amma yavaş-yavaş hər şeyə nail olduq. Təəssüf ki, futbolda hər şey matçdan matça baş verir. Heç vaxt kino azarkeşlərinin daim daha çox şey tələb etdiyini eşitməmişəm, halbuki futbol dünyasında azarkeşlər heç vaxt kifayətlənmirlər. Onlar transferlər və digər şeylər istəyirlər - çox vaxt bu insanlar fantastik futbol oynayır və əsl futbol haqqında çox az şey başa düşürlər.

Hiss edirəm ki, əksəriyyəti məni sevir, amma məni tənqid edənlər stadiona gələnlərdir. Onların arasında 10-15% “ultras”lardır, onlar adətən cinayətkardırlar. “İnter” və “Milan”la nə baş verdiyini gördünüz?”, - “Napoli”nin sahibi RSI-yə verdiyi müsahibədə bildirib.

İdman.Biz

Seçilən
19
1
idman.biz

2Mənbələr