Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev cari ilin oktyabr ayında təsdiq olunmuş qrafikə əsasən rayonun Qaralar, Cavadxanlı, Bəcirəvan, Ağcüyür, Məmmədli, Əliyetməzli və Aranlı kənd sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşlərdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və təşkilatların rəhbərləri də iştirak ediblər.
İcra başçısı yerlərdə səyyar qəbulların keçirilməsinin vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunması ilə bağlı olduğunu qeyd edib. Səmimi söhbət əsasında keçən görüşlərdə sakinlər onları narahat edən bir sıra məsələlərdən söz açıblar. Qaldırılan problemlərin bəziləri yerində həll olunub, digər müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib, məsələlərin həlli prosesi nəzarətə götürülüb.









Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        