AZ

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

BAKI, 31 oktyabr. TELEQRAF

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştitakçısı 28 yaşlı RəfaelFərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Teleqraf xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

R.Fərmanovun barəsində pratokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
5
24
teleqraf.com

10Mənbələr