AZ

Terminala hücum: Rusiyanın yanacaq ixracı kəskin azaldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Qərbin yeni sanksiyaları və Ukraynanın uğurlu hücumları fonunda Rusiya emal olunmuş yanacaq ixracı kəskin şəkildə azalıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın ilk 26 günündə dəniz yolu ilə Rusiya neft məhsullarının daşınmasının ümumi həcmi gündə 1,89 milyon barel təşkil edib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstəricidir.

Qeyd edilir ki, dizel ixracı bir qədər artsa da, ümumi daşınmalar, xüsusən də Ust-Luqadakı ixrac terminalına edilən hücumlardan sonra Baltik limanları vasitəsilə nafta (emal olunmuş neft məhsulu) və mazutun zəif daşınması səbəbindən azalıb. Bundan əlavə, son günlərdə regionda baş verən əlverişsiz hava şəraiti liman əməliyyatlarına təsir göstərmiş ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
axar.az

1Mənbələr