AZ

Ərdoğan Almaniya kanslerinə: “Qəzzada baş verənləri görmürsən, Almaniya?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mersin İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı mövqeyini tənqid edib.

Doğru.az xəbər verir ki, Reuters-in məlumatına görə, Mers Almaniya hökumətinin münaqişə başlayandan bəri İsraili dəstəklədiyini və “İsrail tərəfinin özünümüdafiə hüququndan istifadə etdiyinə” inandığını bildirib.

Ərdoğan isə buna cavab olaraq qeyd edib ki, “HƏMAS-ın nə bombası, nə də nüvə silahı var, İsrailin isə bütün bunlara sahib olduğunu hamı bilir”. O, İsrailin Qəzzaya hücumlarında bu silahlardan istifadə etdiyini vurğulayıb.

Türkiyə lideri Almaniyanı sərt tənqid edərək deyib:

“Sən bunu görmürsən, Almaniya? Buna diqqət yetirmirsən? Qəzzaya hücumlardan başqa, İsrail həmişə aclıq və soyqırım yolu ilə onu susdurmağa çalışıb.”

Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərlə məsləhətləşmələrdən sonra Qəzza zolağına güclü zərbələr endirilməsi barədə göstəriş vermişdi. ABŞ prezidenti Donald Tramp isə bəyan etmişdi ki, İsrail HƏMAS-ın hücumlarına cavab verməlidir.

DOĞRU.AZ

Seçilən
34
1
dogru.az

2Mənbələr