Avropa Kiyev üçün maliyyə mənbələri tapa bilməsə, 2026-cı ilin fevralına qədər Ukraynanın pulu tükənəcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Economist" jurnalı yazır.
"Ukrayna ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Heç nə dəyişməsə, fevralın sonuna qədər pulu tükənəcək. Uçurum sürətlə yaxınlaşır", - nəşr qeyd edib
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Ukraynaya Amerika maliyyə dəstəyini kəsməsi ilə bağlı kritik məqam “sürətlə yaxınlaşır”. Bundan əlavə, Ukraynada daxili borclanma da tədricən artır.
Gülayə Mecid
 
                        