ain.az bildirir, Fanat portalına istinadən.
"Real Madrid" Çempionlar Liqasında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi "Enfild"də məşq keçirməmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun baş məşqçisi Xabi Alonso rəqib meydanında oyunöncəsi məşq keçirmək istəməyib. Əvəzinə Madrid komandası İngiltərəyə uçuşdan əvvəl məşqini öz məşq bazasında keçirəcək.
"Liverpul" - "Real Madrid"lə oyunu çərşənbə axşamı, noyabrın 4-dən 5-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Əsas mərhələnin üç oyunundan sonra mersisaydlıların 6 xalı var, İspaniya nəhəngi isə 9 xal əldə edib.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.