AZ

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən,oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin,beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilanrayonlarına səfəri başlayıb.

Trend xəbər verir ki, səfərdə51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıqnümayəndəsinin iştirakı nəzərdə tutulur.

Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatikkorpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılanbərpa və yenidənqurma işləri ilə əyani tanış olurlar. Onlar “BöyükQayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habeləregionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsibarədə məlumat əldə edəcək, Ağbənd qəsəbəsi ərazisindəki dəmir vəavtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanışolacaqlar.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədənZəngilan rayonunda “Dost Aqropark” heyvandarlıq kompleksi və Həkəriçayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşənHəkəri dəmiryolu stansiyasına baş çəkəcəklər. Zəngilan şəhərindəkiyaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhərməscidinə baxış səfər proqramına daxildir.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilənişlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək,həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası,sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunmasıistiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanıyaradacaq.

Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinintapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatikkorpus nümayəndələrinin 20-ci səfəridir.

Seçilən
31
38
az.trend.az

10Mənbələr