AZ

Sidik saxlaya bilməməni azaldan 6 vacib qayda

Sidik saxlaya bilməmə — bir çox insanın həyat keyfiyyətini ciddi şəkildə azaldan, lakin çox vaxt danışılmaqdan çəkinilən sağlamlıq problemidir.

 E-saglam.az xəbər verir ki, uroloq mütəxəssis Prof. Dr. Burak Özkan bildirir ki, bu problem yalnız yaşlılarda deyil, hər yaş qrupunda rast gəlinə bilər. Tədqiqatlara görə, qadınların 9–43 faizində, kişilərin isə 7–27 faizində bu hal müşahidə olunur.

Sidik saxlaya bilməmə — sidiyin istəmədən və ya nəzarətsiz şəkildə axmasıdır. Ən çox iki növü yayılıb: “stress tipi” (öskürmək, gülmək və ya ağır əşya qaldırmaqla yaranan) və “təcili tip” (ani sidik hissi ilə baş verən).

Prof. Özkan qeyd edir ki, doğumlar, artıq çəki, menopauza, siqaret, sinir sistemi xəstəlikləri və bəzi dərmanlar bu vəziyyətin əsas səbəbləridir. Lakin bu problem müalicə oluna bilər və düzgün yanaşma ilə tam nəzarət altına alınması mümkündür.

Sidik saxlaya bilməməni azaldan 6 vacib qayda:

Artıq çəkidən azad olun.

Pelvik döşəmə (Kegel) məşqləri edin.

Orta səviyyədə fiziki fəaliyyətə başlayın.

Qəhvə və çay qəbulunu azaldın, siqareti tərgidin.

Gündəlik su qəbulunu tənzimləyin.

Qəbizliyin qarşısını alın və balanslı qidalanın.

Mütəxəssis əlavə edir ki, bəzi hallarda dərman, prosedur və ya cərrahi müalicə də tətbiq oluna bilər. Əsas məsələ – problemi gizlətməmək və həkimə vaxtında müraciət etməkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
17
e-saglam.az

1Mənbələr