Azərbaycanda özəl tibb fəaliyyəti ilə məşğul olan “A ənd J Holdinq” MMC-nin lisenziyası itib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Həmin lisenziyanı "A ənd J Holdinq”ə 2021-ci il aprelin 5-də İqtisadiyyat Nazirliyi verib. Qeyd olunub ki, sənəd yoxa çıxdığına görə etibarsız sayılır. pizza sifarişi
Xatırladaq ki, 2005-ci ildə təsis olunan “A ənd J Holdinq”in Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsus olduğu deyilir. 2024-cü ilin noyabrın 7-nə qədər şirkətə o, rəhbərlik edib. Həmin tarixdə Əlibala Məhərrəmzadə vəzifəsindən gedib və Fuad Məhərrəmov Rövşən oğlu holdinqin direktoru təyin olunub.
Qeyd edək ki, Məhərrəmzadə Əlibala Səttar oğlu 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. İqtisad elmləri namizədi, professordur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə “Kaspian Audit Kompani” MMC-nin direktorudur.
2024-cü il oktyabrın 8-də Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Telegram kanalımız
 
                        