AZ

ABŞ nüvə sınaqlarını harada keçirə bilər? Kotton açıqladı

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-da nüvə sınaqları çox güman ki, yerin altında olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Senatındakı Kəşfiyyat Komitəsinin sədri Tom Kotton bəyan edib.

"Aydınlıq gətirmək üçün deyim: söhbət səhrada və ya Sakit okeanın cənubunda göbələkvari buludla müşayiət olunan genişmiqyaslı partlayışlardan getmir. Biz çox kiçik, nəzarət olunan və yəqin ki, yeraltı partlayışlardan danışırıq”, - o söyləyib.

Onun sözlərinə görə, nüvə sınaqlarının bərpası həm köhnə, həm də yeni silah növlərini sınaqdan keçirməyə imkan verəcək:

“Birincisi, bu bizə köhnə silahların məhz nəzərdə tutduğumuz vəziyyətdə olub-olmadığını yoxlamağa şərait yaradır. İkincisi, Rusiya və Çin tərəfindən gələn təhdidlərə qarşı mübarizə apardığımız bir vaxtda yeni silahları və onların konstruksiyalarını sınaqdan keçirməyə imkan verir”.

Kotton əlavə edib ki, bu cür sınaqlar ABŞ-a Çin və Rusiyaya qarşı qətiyyətini göstərməyə kömək edəcək.

Qeyd edək ki, daha öncə Donald Tramp paylaşımında Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
axar.az

1Mənbələr