AZ

Əfqanıstan və Pakistan atəşkəsin uzadılması barədə razılığa gəliblər

Əfqanıstan və Pakistan 25–30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqların nəticəsində atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə tərəflərin birgə bəyanatında, Türkiyə Xarici İşlər Nazirliyinin yayımladığı məlumatda qeyd olunur. Atəşkəs 18–19 oktyabr tarixlərində Dohada razılaşdırılmışdı.

Tərəflər həmçinin sülhün qorunmasını təmin edəcək və qaydaları pozan tərəfə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan monitorinq və yoxlama mexanizminin hazırlanması barədə razılığa gəliblər.

Atəşkəsin həyata keçirilməsi ilə bağlı növbəti şərtlər 6 noyabrda İstanbulda keçiriləcək növbəti görüşdə müzakirə ediləcək. Türkiyə və Qətər davamlı sülh və sabitliyə nail olmaq üçün vasitəçilik fəaliyyətini davam etdirməyə hazır olduqlarını bildiriblər.

Seçilən
22
banker.az

1Mənbələr