"Yuventus" klubu yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bundan sonra "qoca sinyora"nı Luçano Spalletti çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Əgər "Yuventus" Çempionlar Liqasına vəsiqə qazanarsa, onun sözləşməsi avtomatik olaraq bir il uzadılacaq.
Spalletti son olaraq İtaliya yığmasını çalışdırıb. O, 2023-cü ildə "Napoli" ilə skudettonu qazanıb.