ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyada ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Szinpin görüşü, əlbəttə ki, qlobal dünya nizamı və geosiyasi baxımdan əhəmiyyətli ola bilərdi. Görüşdən bir illik iqtisadi və gömrük razılaşmaları əldə olunduğu elan edilsə də, siyasi baxımdan qlobal proseslərə ciddi təsiri olmayacaq.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
"Sözsüz ki, müşahidə etdiyimiz iqtisadi qarşıdurma öz mahiyyətinə görə hərbi-siyasi və nüfuz qarşıdurmasının nəticəsidir. Bu prosesdə iki nəhəng dünya dövlətinin müəyyən mənada yaxınlaşması qlobal iqtisadi mexanizmin bərpasına və geosiyasi gərginliyin azalmasına müəyyən müsbət təsir göstərə bilərdi.
Hazırda dünyanın müxtəlif regionlarında baş verən qarşıdurmalar və toqquşmalar əsasən Çin–Amerika gərginliyi fonunda təhlil olunur" - politoloq deyib.
Onun sözlərinə görə, əlbəttə ki, bu görüşdən ümidlər çox olsa da, hər iki tərəf öz məqsədlərindən geri çəkilməyəcək. ABŞ-ın öz hərbi-siyasi və iqtisadi hədəfləri var. Çin də qlobal iqtisadi ekspansiya ilə dünyada hegemonluq planlarını həyata keçirir. Ona görə də ABŞ və Çinin bu yaxınlaşması səmimi və əsaslı xarakter daşıya bilməz. Əksinə, mübarizə davam edəcək və regional konfliktlərin bərpası, yeni qarşıdurmaların yaranması da mümkündür.
Cavid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
