ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın orduya nüvə sınaqlarının bərpasına hazırlıq əmri Çin və Rusiya ilə yeni silahlanma yarışına səbəb ola və qlobal yayılmama rejimini təhdid edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ sınaqları bərpa edərsə, Çin və Rusiyaya tammiqyaslı nüvə sınaqlarını bərpa etmək üçün kart-blanş verəcək.
Qəzet qeyd edir ki, Trampın sözləri Pekin tərəfindən etimadsızlığı artıra bilər. Sonuncu nüvə sınağını 1996-cı ildə keçirən Çin hazırda təxminən 600 döyüş başlığı olan arsenalını fəal şəkildə genişləndirir.
İddia edilir ki, Çin də öz növbəsində Lobnur nüvə sınaq poliqonunu yeraltı sınaqları bərpa etmək üçün hazırlaya bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni raketləri sınaqdan keçirməsindən sonra Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        