AZ

Çin istehsalı pilotsuz helikopter ilk uçuşunu həyata keçirib

BAKI, 31 oktyabr. TELEQRAF

Çinin "United Aircraft" şirkətinə məxsus "Boying T1400 Tandem Rotor" adlı pilotsuz helikopter ilk sınaq uçuşunu uğurla yerinə yetirib.

Teleqraf xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.

Uçuş Xarbin şəhərində baş tutub. Məlumata görə, "Boying T1400" helikopterinin maksimum uçuş kütləsi 1400 kiloqram, uçuş müddəti 8 saata, hündürlüyü isə 6500 metrə qədərdir. Maksimum sürəti saatda 180 kilometr təşkil edir.

İki mühərrikli və yüksək möhkəmliyə malik kompozit quruluş sayəsində T1400 yükdaşıma, kənd təsərrüfatı işləri, logistika və meşə yanğınlarının qarşısının alınması kimi sahələrdə geniş istifadə potensialına malikdir.

Seçilən
45
teleqraf.com

1Mənbələr