AZ

Avropada danışılmış tennis matçları ilə bağlı cinayətkar qrup ifşa olundu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya Milli Polisi danışılmış tennis matçlarının təşkili üçün mürəkkəb sxem quran cinayətkar qrupun fəaliyyətinə son qoymaq məqsədilə keçirilən beynəlxalq əməliyyatda iştirak edib.

Oxu.Az xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, əməliyyat Avropa Ədliyyə Orqanlarının Əməkdaşlıq Agentliyinin koordinasiyası ilə və Bolqarıstan, Rumıniya, Fransa hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilib. Nəticədə, 16 nəfər saxlanılıb, onların çoxu Fransada olub.

İstintaq məlumatına görə, şübhəlilər 2018-2024-cü illər arasında matçların nəticələrinə təsir edərək, öz müştərilərinə qazanc təmin ediblər. Məlum olub ki, dələduzlar bəzi tennisçilərə seti və ya matçı qəsdən uduzmaq üçün pul ödəyiblər.

Müəyyən edilib ki, danışılmış oyunlardan əldə edilən gəlirin həcmi azı 800 min avro təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr