BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Asiya turundan qayıtdıqdan sonra Ağ Evdə Helouin şənliyi keçirib.
Teleqraf xəbər verir ki, mərasimin yayımı Ağ Evin YouTube kanalında aparılıb.
Tədbirdə ABŞ lideri xanımı Melaniya Tramp ilə birlikdə uşaqlara şokolad paylayıb.
Tramp və həyat yoldaşı kostyum geyinməyib. Prezident klassik kostyum və qırmızı papaq, Melaniya isə bej rəngli palto ilə tədbirə qatılıb.
Uşaqlar isə müxtəlif personajların obrazında iştirak ediblər və prezidentdən hədiyyələr alıblar.
 
                        