AZ

Ulduzlararası müəmmalı obyektin rəngi dəyişdi

Harvard astrofiziki Avi Lebin mümkün yadplanetli aparat hesab etdiyi ulduzlararası "3I/ATLAS" obyekti Yerə yaxınlaşarkən qəfil rəngini dəyişib və parıltısını kəskin şəkildə artırıb.

Publika.az xəbər verir ki, bu barədə "ArXiv.org" platformasında dərc olunmuş yeni tədqiqatda qeyd olunub.

Astronomlar Çiçen Çjan və Karl Bettamsın 28 oktyabr tarixli müşahidələrinə əsasən, Günəşə yaxınlaşarkən obyekt şüalanmanı spektrin qırmızı hissəsindən mavi hissəyə keçirib və parlaqlığını bir neçə dəfə artırıb.

Avi Leb öz məqaləsində qeyd edib ki, bu cür rəng və intensivlik dəyişikliklərini adi kometalarla izah etmək mümkün deyil. Obyektin temperaturu Günəşin temperaturunu belə üstələyə bilər.

Seçilən
65
2
publika.az

3Mənbələr