AZ

Sudanın Əl-Fəşer şəhərində 2 mindən çox insan ölüb

BAKI, 31 oktyabr. TELEQRAF

Sudanın Şimali Darfur vilayətinin inzibati mərkəzi olan Əl-Fəşer şəhərində həlak olanların sayı 2,2 min nəfərə çatıb. Şəhər Sürətli Dəstək Qüvvələrinin (SDF) nəzarətinə keçdikdən sonra itkilərin artdığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə regional hökumətin nümayəndəsi Ağa ben Koni məlumat verib.

Onun sözlərinə görə, ölənlər arasında uşaqlar, qadınlar və yaşlılar da var.

Ben Koninin bildirdiyinə görə, SDF döyüşçüləri xəstəxanalarda, qaçqın mərkəzlərində və məscidlərdə sığınan insanlara atəş açıblar. O əlavə edib ki, son dörd gün ərzində şəhəri təxminən 393 min nəfər tərk edib.

Onlardan 30 minə yaxını yaxınlıqdakı Korma, Tavile və digər yaşayış məntəqələrindəki qaçqın düşərgələrinə çatıb, qalanlarının isə yolda olduğu və bəzilərinin girov götürülmüş ola biləcəyi bildirilir.

Seçilən
73
teleqraf.com

1Mənbələr