AZ

KİV: Leyen Kallas üzərində siyasi üstünlük qazandı

BAKI, 31 oktyabr. TELEQRAF

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qarşısında Aİ aparatında nüfuz uğrunda mübarizədə məğlub olub.

Teleqraf xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kallas öz mövqeyini gücləndirmək məqsədilə Avropa Komissiyasının keçmiş rəhbəri Jan-Klod Yunker dövründə aparat rəhbəri olan Martin Zelmayeri özünə yaxın müşavir postuna təyin etməyi təklif edib.

Lakin bu təklif Aİ paytaxtlarında və fon der Leyen komandasında mənfi reaksiya doğurub. Nəticədə, heç bir üzv ölkə Kallasın təşəbbüsünü dəstəkləməyib.

Seçilən
41
teleqraf.com

1Mənbələr