ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"OpenAI" səhmlərin ilkin ictimai təklif (IPO) yolu ilə yerləşdirilməsinə hazırlaşır və bu proses nəticəsində şirkətin dəyərinin 1 trilyon dollara çatmasını hədəfləyir.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi bir neçə mənbəyə istinadən xəbər verir.
"ChatGPT"nin yaradıcısı olan şirkət IPO çərçivəsində 60 milyard dollar və ya daha çox vəsait cəlb etməyi planlaşdırır. Bu, tarixdəki ən böyük ilkin ictimai təklif olacaq.
Hazırda IPO üzrə rekord "Saudi Aramco" şirkətinə məxsusdur - o 2019-cu ildə səhmlərin yerləşdirilməsi nəticəsində 25,6 milyard dollar toplamağa nail olmuşdu.
"OpenAI" IPO üçün müraciəti 2026-cı ilin ikinci yarısında təqdim etməyi planlaşdırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        