AZ

Yeraltı partlayışlar olacaq: Tramp nüvə sınaqlarına start verdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ-da yenidən gündəmə gələn nüvə sınaqları məsələsi, çox güman ki, yerin altında həyata keçiriləcək aşağı məhsuldarlıqlı partlayışlarla bağlıdır.

Globalinfo.az xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin sədri Tom Kotton “Fox News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, nüvə sınaqlarının bərpası həm zəruri, həm də arzuolunan addımdır.

Senator qeyd edib ki, bu sınaqlar səhrada və ya Sakit okeanın cənubunda böyük göbələk buludları yaradan partlayışları əhatə etməyəcək:

“Söhbət çox kiçik, idarə olunan və ehtimal ki, yeraltı partlayışlardan gedir”.

Kotton əlavə edib ki, sınaqların yenidən başlaması həm köhnə, həm də yeni silah növlərinin sınaqdan keçirilməsinə şərait yaradacaq.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp digər nüvə güclərinin addımlarını əsas gətirərək Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib.

Bu qərar Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” adlı nüvə mühərrikli qanadlı raketinin sınağını elan etməsindən sonra qəbul olunub.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr