AZ

Kaliforniyanın tarixində ən böyük incəsənət oğurluqlarından biri baş verib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının tarixində ən böyük incəsənət oğurluqlarından biri Oklenddə baş verib.

Oxu.Az "Los Angeles Times" qəzetinə istinadən xəbər verir ki, naməlum şəxslər Oklend Muzeyinin anbarına daxil olaraq, 1000-dən çox qiymətli artefakt oğurlayıblar.

Polisin məlumatına görə, cinayət hadisəsi oktyabrın 15-i gecə baş verib.

Oklend Muzeyindən oğurlanan əşyalar arasında yerli amerikalılara aid səbətlər, zinət əşyaları, daqerrotip fotoşəkillər (yodlu gümüş vasitəsilə foto yaradılmasının tarixdə ilk texnologiyası) və bədii oymalar olan fil dişləri olub.

Cinayətin törədildiyi vaxt binada işçilər və mühafizəçilər olmayıblar. Oğrular muzeyin anbarına görünmədən daxil ola biliblər, çünki orada quraşdırılmış kameralar və siqnalizasiya işə düşməyib.

Oğurlanmış eksponatların dəyəri hələ müəyyən edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
oxu.az

1Mənbələr