AZ

Oğluna görə işdən çıxdı “Özünə xəsarət yetirirdi”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Pol Skoulz televiziya şərhçiliyi fəaliyyətini dayandırmasının səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş futbolçu “Stick to Football” podkastında 20 yaşlı autizmli oğlu Aiden haqqında danışaraq, həyatını tamamilə onun gündəlik rejiminə uyğunlaşdırdığını bildirib.

“İndi edəcəyim hər şey onun gününə uyğun qurulur. Mən studiyada işləyirəm, amma hər şey onun vaxtına əsaslanır. Keçən mövsüm, məsələn, cümə axşamları Avropa Liqasında “Mançester Yunayted”in oyunlarını şərh edirdim, halbuki həmin axşamlar, adətən, onunla oluram. O isə dərhal narahatlaşır, özünə xəsarət yetirirdi, çünki rejim pozulmuşdu”, – deyə Skoulz bildirib.

Xatırladaq ki, P. Skoulz bütün peşəkar karyerasını “Mançester Yunayted”də keçirib. O burada 716 rəsmi oyuna çıxıb, 155 qol vurub və 82 məhsuldar ötürmə verib. Əfsanəvi yarımmüdafiəçi İngiltərə millisinin heyətində də 66 oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr