AZ

“Pul haradan tapaq? Pul yoxdur” Milyarderdən çağırış

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiyalı milyarder, “Renova” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq ölkə iqtisadiyyatının inkişaf layihələrinin maliyyələşdirilməsi üçün bank sisteminin “mobilizasiyasına” çağırıb.

Modern.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən “Rusiya sənayeçisi” forumunun plenar iclasında çıxış edərkən bildirib.

“Pul haradan tapaq? Pul yoxdur. Pul olmadan isə heç nə baş vermir. Bu il bankların qazandığı vəsait iqtisadiyyata qaytarılmalıdır”, - deyə Vekselberq vurğulayıb.

Milyarderin sözlərinə görə, bankların gəlirləri dövlətin texnoloji liderlik hədəflərinə xidmət edən layihələrə yönəldilməlidir. O, xüsusilə Sənaye İnkişafı Fondunun əlavə maliyyələşdirilməsini vacib sayıb:

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2024-cü ildə ölkə bankları rekord səviyyədə - 3,8 trilyon rubl xalis mənfəət əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
modern.az

1Mənbələr