AZ

“Dövlət bu prosesləri əl qolu bağlı şəkildə izləyə bilməz” Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunda gündəm olan hakimlərin “mərc qalmaqalı” barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Almaniyanın kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı dövlətin qəti mövqeyini bildirib.

“Son dövrlərdə hakimlərlə bağlı bir hadisə ortaya çıxdı. Futbol meydanlarında baş verənlər göz önündədir. Dövlət bu prosesləri əl-qolu bağlı şəkildə izləyə bilməz. Nə lazımdırsa, onu etməlidir və hazırda da bu addımlar atılır”, – deyə Prezident vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, tribunadakı azarkeşlər də bu hadisələrə dövlətin müdaxiləsini müsbət qarşılayır:

“Vətəndaş bu prosesin izlənildiyini görüb sevinir. Artıq hamı “nələr olur, nələr” deməyə başlayıb”.

Xatırladaq ki, bundan bir neçə gün öncə Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştirak etdiyi müəyyən edilən 152 hakimi Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
qafqazinfo.az

1Mənbələr