AZ

Yannik Sinner “Paris Masters”in yarımfinalına çıxıb

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner Fransada keçirilən “Paris Masters” turnirinin dörddəbir finalına yüksəlib.

İdman.Biz bildirir ki, üçüncü turda o, argentinalı Fransisko Serundolonu 7-5, 6-1 hesabı ilə məğlub edib.

Qarşılaşma 1 saat 26 dəqiqə davam edib.

İndi Sinner “Paris Masters”in yarımfinalına vəsiqə uğrunda amerikalı Ben Şeltonla qarşılaşacaq.

İdman.Biz

Seçilən
17
idman.biz

1Mənbələr