AZ

KİV: ABŞ-nin yüksək vəzifəli şəxsləri hərbi bazalara köçməyə başlayıb

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri mühafizəkar siyasi fəal Çarli Kirkin öldürülməsindən sonra təhlükəsizlik səbəbləri ilə hərbi bazalara köçməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Kirkin öldürülməsi və ABŞ-də Trampın siyasətinə qarşı aktiv etirazlar, eləcə də vəzifəli şəxslərə və onların ailələrinə qarşı təhdidlər administrasiya rəsmilərini hərbi bazalara köçməyə məcbur edib. Orada onlar hərbçilər tərəfindən qorunacaq.

Jurnalın məlumatına görə, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, daxili təhlükəsizlik naziri Kristi Noem, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sözçüsü Keti Miller və onun əri, Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller və quru qoşunları naziri Daniel Driskol hazırda ABŞ hərbi bazalarında məskunlaşıb.

Qeyd edək ki, 2025-ci il sentyabrın 10-da Yuta Universitetində ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı olan mühafizəkar fəal Çarli Kirk ictimai çıxışı zamanı boğazından güllə yarası alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş, lakin bir qədər sonra vəfat etmişdi.

Sentyabrın 12-də Yuta ştatının qubernatoru Spenser Koks qətldə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Onun 22 yaşlı Tayler Ceyms Robinson olduğu bildirilib.

Tramp həmin şəxsin ölüm cəzasına məhkum edilməsini tələb edib.

Seçilən
29
4
qaziler.az

5Mənbələr