AZ

ABŞ Senatı Trampın qlobal tariflərinin ləğvinə səs verib

Respublikaçılardan dörd senator demokratlarla birləşərək qərarın lehinə çıxış edib...

Poliqon xəbər verir ki, ABŞ Senatı prezident Donald Trampın tətbiq etdiyi qlobal tariflərin, o cümlədən Avropa İttifaqı, Yaponiya və Cənubi Koreyaya qarşı artırılmış gömrük rüsumlarının ləğvini nəzərdə tutan iki partiyalı qətnaməni təsdiqləyib.

“The Hill” nəşrinin məlumatına görə, dörd respublikaçı senator Rənd Pol, Mitç Makkonnell, Syuzan Kollinz və Liza Murkovski demokratların tərəfinə keçərək qərarın lehinə səs veriblər.

Bununla belə, qətnamə daha çox simvolik xarakter daşıyır. Çünki Nümayəndələr Palatasının sənədi səsverməyə çıxaracağı gözlənilmir və Trampın veto qoyacağı demək olar ki, mütləqdir.

Senatorlar bəyan ediblər ki, bu tariflər amerikalılar üçün istehsal və tikinti xərclərini artırır, iqtisadiyyata əlavə yük yaradır və ABŞ-da istehsalı daha bahalı edir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr