AZ

44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 31-nə olan xronikasını təqdim edir:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

- Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriyaatəşinə tutulub.

- Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olanson vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasınınsiyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinəcavab atəşi açılıb.

- Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşətutulub. Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməkləgələcək təxribatlarına zəmin yaratmağa çalışıb.

- Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilməsininvideogörüntüsü yayılıb.

- Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davamedib.

- Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbinəqliyyat vasitəsi sıradan çıxarılmasının videogörüntüsü yayılıb.

Seçilən
42
1
az.trend.az

2Mənbələr