AZ

“100 qol vurmaq istəyirəm”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç IX tur matçında “Udineze”yə qarşı 3:1 hesablı qələbə qazandıqları oyundan sonra fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Nikolo Skira serb futbolçunun dediklərini belə çatdırıb.

“Mövsümdə 100 qol vurmaq istərdim. Azarkeşlərə alqışları üçün təşəkkür edirəm. Özümü komandanın lideri hesab etmirəm. Son bir il yarımda üç məşqçimizin dəyişməsi hamımızın məsuliyyətidir. Mister Tudora gördükləri işə görə təşəkkür edirəm.”

Hücumçu cari mövsümdə bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. “Yuventus” növbəti matçını 1 noyabrda səfərdə “Kremoneze”yə qarşı keçirəcək.

Seçilən
24
90deqiqe.az

1Mənbələr