Ekspert: Tramp reallıqdan uzaqdır, ABŞ-ın belə bir addıma ehtiyacı yoxdur...
Poliqon xəbər verir ki, ABŞ-nin Silahlara Nəzarət Assosiasiyasının direktoru Daryl Kimbollun sözlərinə görə, ABŞ-a Nevada ştatındakı keçmiş poliqonda yeraltı nüvə sınaqlarını yenidən başlatmaq üçün azı 36 ay vaxt lazımdır.
Kimboll “X” sosial platformasında yazıb ki, Tramp dezinformasiya olunub və reallıqdan uzaqdır.
“ABŞ-ın 1992-ci ildən bəri ilk dəfə nüvə silahı sınaqlarını bərpa etmək üçün nə texniki, nə hərbi, nə də siyasi səbəbi yoxdur”, deyə Kimboll bildirib.
Ekspert əlavə edib ki, Trampın bu bəyanatı ABŞ-ın rəqibləri tərəfindən nüvə sınaqlarının zəncirvari şəkildə bərpasına təkan verə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini məhv edə bilər.
Poliqon.info
 
                        