Belçika millisinin və “Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruyne keçən həftə sonu “İnter”ə qarşı penalti zərbəsi zamanı ciddi zədələnməsindən sonra əməliyyat olunub.
90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, De Bruynenin yaxın çevrəsi narahatdır ki, bərpa prosesi uzana bilər və o, 2026 Dünya Çempionatında milli komandaya qoşula bilməyəcək.
Əvvəlki məlumatlarda onun tam bərpasının təxminən dörd ay çəkəcəyi və futbolçunun yalnız bahara yaxın forma qazanacağı bildirilmişdi.
İndilikdə “Napoli” İtaliya çempionatında turnir cədvəlində lider mövqedədir.
 
                        