ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rumıniya millisinin və Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Daniel Pankunun yeni iş yeri müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, o, ölkəsində “Kluj” komandasına baş məşqçi təyin olunub.
48 yaşlı mütəxəssis son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırıb.
“Kluj” kollektivi hazırda ölkə çempionatında 13-cü sırada qərarlaşıb.
Qeyd edək ki,D.Panku 2002-2006-cı illərdə “Beşiktaş”da çıxış edib Türkiyə çempionu olub.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.