AZ

"Liverpul" “Mançester Siti” ilə yarışacaq - İngilis futbolçu uğrunda

“Aston Villa”nın müdafiəçisi Eşri Konsa İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

90deqiqe.Az “Caught Offside”yə istinadən xəbər verir ki, ingilis futbolçunun xidmətində “Liverpul”, “Mançester Siti” və “Tottenhem” klubları maraqlıdır.  Sözügedən klublar artıq futbolçunun transferi üçün onun agenti ilə danışıqlara başlayıb.

Birmingem klubu 28 yaşlı futbolçunu satmaq istəmir, lakin maliyyə feyr-pley qaydalarına uyğunluq zərurəti səbəbindən bu addımı atmağa məcbur qala bilər. Bildirilir ki, “Aston Villa” müdafiəçisini 40–45 milyon funt sterlinq aralığında qiymətləndirir.

Konsa İngiltərə millisinin heyətində bütün turnirlər daxil olmaqla 16 oyun keçirib. Cari mövsümdə o, klubun heyətində 11 matçda meydanda olub, lakin məhsuldar hərəkətlə (qol və ya ötürmə ilə) yadda qalmayıb. Futbolçunun “Aston Villa” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı oyunçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
37
90deqiqe.az

1Mənbələr