Goranboyda it dişləmə faktını qeyd alınıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki kənd tam orta məktəbinin həyətində dərs vaxt ev iti məktəbin xadiməçisin A.Bayramovaya hücüm edib. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin məktəbdə dərs vaxtı baş verdiyi deyilir.
Məlumata görə it qadına hücüm edən zaman onu yerə yıxıb.
Hadisə ilə bağlı araşdırmaya başlanıb.
