
Fransanın Lion şəhərində əsasən qızılın və digər qiymətli metalların emal olunduğu bir zavodda soyğunçuluq baş verib.
Lion Qubernatorluğu-nun açıqlamasına istinadən milli medianın verdiyi xəbərlərə görə, əsasən qızılın və qiymətli metalların sınaqdan keçirildiyi Lionun 7-ci rayonunun Gerland məhəlləsində yerləşən Purquery laboratoriyası yerli vaxtla saat 14:00 radələrində beş silahlı şəxs tərəfindən soyğunçuluğa məruz qalıb.
Oğrular hadisə yerindən maşınla qaçmazdan əvvəl uzun lüləli silahlardan və partlayıcı maddələrdən istifadə ediblər. Polisin təqibindən sonra oğrular tutulub və oğurlanmış metallar tapılıb.
Bildirilir ki, soyğunçuluq zamanı Purquery laboratoriyasında 28 nəfər olub və onlardan beşi yüngül xəsarət alıb.
