AZ

İstanbul Sənaye Palatasının nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)

Bakı. Trend:

İstanbul Sənaye Palatası (İSO) və bərabərindəki nümayəndə heyətiMüstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanıziyarət edib.

Trend xəbər verirki, görüşdə MÜSİAD Azərbaycan və İstanbul Sənaye Palatasının İdarəHeyətinin rəhbərliyi və üzvləri, Azərbaycanın Türkiyədəki TicarətNümayəndəliyinin rəsmiləri və sənaye şirkətləri təmsilçiləriiştirak ediblər.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışındadərnəyin fəaliyyətindən bəhs edib. O, 2021-ci ildə imzalanan ŞuşaBəyannaməsindən sonra “bir millət, iki dövlət” – Azərbaycan vəTürkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədəinkişaf etdiyini qeyd edib. Sədr bu inkişafın təhsil sahəsində dəözünü göstərdiyini, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətəbaşlamasının bunun bariz nümunəsi olduğunu vurğulayıb.

İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədri Erdal Bahçıvançıxışında Türkiyə sənayesinin bir çox sahələrdə inkişaf etdiyini vəbu potensialın Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlaryaratdığını qeyd edib. O, xüsusilə tekstil və hazır geyim sənayesiistehsalçıları üçün Azərbaycanın böyük bazar potensialı vəinvestisiya imkanları təqdim etdiyini vurğulayıb. E. Bahçıvan,həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ərəfəsindəgələcəkdə iki ölkə arasında sənaye, ticarət və iqtisadi əlaqələrindaha da inkişaf edəcəyinə böyük ümid ifadə edib.

Azərbaycan bazarının bütün əməkdaşlıq istiqamətləri üçün açıqolduğunu bildirən Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsiTamerlan Tağıyev ölkəmizin Türkiyə şirkətləri ilə iqtisadi vəsənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə, birgəlayihələrin və investisiya təşəbbüslərinin dəstəklənməsinə xüsusiönəm verdiyini vurğulayıb. O, Azərbaycanda sənaye sahəsində gəncnəslin iştirakının artırılmasına dövlət dəstəyinin əhəmiyyətinədiqqət çəkib. Ticarət nümayəndəsi həmçinin işğaldan azad edilmişbölgələrdə geniş investisiya imkanlarının mövcud olduğunu qeydedib.

Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanlarınınmüzakirəsi ilə yekunlaşıb.

İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
İstanbul
Seçilən
18
3
az.trend.az

4Mənbələr