“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klubları üçün əsas transfer hədəfi olaraq qalır.
90deqiqe.Az “TBR Football”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya illik təxminən 150 milyon funt sterlinq (təxminən 170 milyon avro) məvacib təklif olunur.
Mənbəyə görə, Salah həmçinin gələcəkdə klubda pay sahibi olmaq və turizm səfiri kimi fəaliyyət göstərmək imkanı da təklif edilir.
Qəbul edilərsə, Salah “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun səviyyəsində maaş alacaq; Ronaldo illik təxminən 175 milyon funt (200 milyon avro) qazanır.
Cari mövsümdə Salah bütün yarışlarda 13 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri hazırda 45 milyon avrodur.